Dərc edildi: Baxış sayı: 518
Çexiyada ev dustaqları üçün elektron bilərziklər sınaqdan keçirilir
Çexiyada ixtisaslaşdırılmış elektron bilərziklərin sınaqdan keçirilməsi yaxın həftələr ərzində başa çatacaq. AZƏRTAC xəbər verir ki, bu bilərziklərlə ev dustaqlığına məhkum olunmuş şəxslərin cəza rejiminə nəzarət ediləcək.
Çexiya hakimlərinin sözügedən cəzanı gələcəkdə daha çox tətbiq edəcəkləri gözlənilir. Əslində, elektron bilərziklər sistemi 2006-cı ildən tətbiq edilməli idi. Ancaq bəzi səbəblərə görə bu proses dayandırıldı. Amma ləngimə layihənin icrasının ucuzlaşmasına gətirib çıxardı. Belə ki, dövlət sistem üçün 2 milyard kron yerinə bir neçə milyon kron ödəyəcək.
Pərvanə Qarayeva
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət