Dərc edildi: Baxış sayı: 449
Çexiya Rusiya təyyarələrinə qarşı qadağanı təxirə saldı
Çexiya, Rusiya hava yolları şirkətlərinə qarşı qoyulan qadağanı təxirə salıb.
Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Çexiyanın Nəqliyyat Nazirliyi belə məlumat yayıb. Açıqlamada uçuşlara qoyulan qadağanın iyulun 7-nə qədər təxirə salındığı qeyd olunub.
Xatırladaq ki, Çexiya hökuməti Rusiyanın “Ural”, “Pobeda” və “Aeroflot” aviaşirkətlərinin ölkəyə uçuşuna qadağa qoyub. Səbəblər açıqlanmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət