Slimfit
  1. İDMAN

CEV voleybol yarışlarını dayandırdı

CEV voleybol yarışlarını dayandırdı
Sakura

CEV voleybol yarışlarını dayandırdı

Avropa Voleybol Konfederasiyası (CEV) öz bayrağı altında keçirilən bütün yarışları koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək dayandırıb.

"Report" xəbər verir ki, bu barədə CEV-in Mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Aleksandr Boriçiç bu qərarı qəbul etmək çətin olub: "Biz oyunçuların, rəsmi şəxslərin və azarkeşlərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün bu addımı atdıq. Avropadakı ümumi vəziyyəti nəzərə alsaq, bu qərarı onsuz da verməli idik. Böhranın gələcək inkişafından asılı olaraq qarşılıqlı həll yolları tapmaq üçün vəziyyəti izləməyə və maraqlı tərəflərlə birliklə işləməyə davam edəcəyik".

Avropa Voleybol Konfederasiyasının yarışları dayandırmaq qərarı Çempionlar Liqası, CEV və Çağırış Kuboklarına şamil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR