Slimfit
  1. SİYASƏT

Çətin vaxtlarda bir-birimizə dayaq olmuşuq - Zelenski

Çətin vaxtlarda bir-birimizə dayaq olmuşuq - Zelenski
Sakura

Çətin vaxtlarda bir-birimizə dayaq olmuşuq - Zelenski

Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir.

Axar.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

“Cənab Prezident, artıq qeyd etdiyiniz kimi, biz müzakirələrimizi bitirmişik, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə söhbətimiz çox səmimi şəraitdə keçmişdir. Biz cənab Prezidentlə tərəfdaşlığımızın sözdə deyil, əməldə gücləndirilməsini müzakirə etdik. Xüsusilə də burada iqtisadi sahəyə diqqət yetirilmişdir. Əminəm ki, hər iki ölkədə Ticarət evlərinin açılması da buna təkan verəcəkdir. Məlumdur ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, bu gün isə mən Azərbaycanda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm. Bu münasibətlə hər birimizi təbrik edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR