Dərc edildi: Baxış sayı: 2771
Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı
Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar.
Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni seansda 5 yaşlı uşağın işləyən ürəyində baypass əməliyyatı keçirib. Bundan başqa, həmin uşağa canlıdan canlıya qaraciyər transplantasiyası gerçəkləşdiriblər.
Qeyd edək ki, Milli Məclisin V çağırış deputatı olan Rəşad Mahmudov Dokuz Eylül, Mircəlal Kazımi isə Ege Universitetində təhsil alıb. Mahmudov karyerası ərzində 8 min ürək əməliyyatı, 500 transplantasiya keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət