Slimfit
  1. TÜRKİYƏ

Cərrahlar ayaqdan əl barmağının qopmuş hissəsini düzəltdilər

Cərrahlar ayaqdan əl barmağının qopmuş hissəsini düzəltdilər
Sakura

Türkiyədə cərrahlar tibb dünyasında bir ilkə imza atıblar

Türkiyədə cərrahlar tibb dünyasında bir ilkə imza atıblar.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, 6 ay əvvəl keçirdiyi qəza nəticəsində sol əlinin 3-cü barmağının uc hissəsini itirən 50 yaşlı Şükran Görünmez xəstəxanaya müraciət edib. Universitetin Plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri həkim Ənvər Əhmədov və professor Furkan Karabulut tərəfindən xəstənin sol ayağındakı barmaqdan alınan barmaq ucu xəstənin əlindəki barmaq ucuna nəql edilib.

Əməliyyatı icra edən həkim Ənvər Əhmədov "Barmaq ucu qopmalarında adətən, qopmuş hissəni yerinə tikirik. Bu vəziyyət xəstənin əl barmaqlarının funksiyasını pozmaqla yanaşı, görüntü baxımından da arzuedilən deyil. Biz bu xəstəyə sol ayağının 2-ci barmaq ucu oynağından alıb, sol əlinin 3-cü barmağının ucuna nəql etdik. Yəni xəstəmizin barmaq ucundakı hüceyrə itkisi mümkün qədər ona bənzəri ilə əvəzləndi, barmağın forması və dırnağın bütünlüyü təmin edildi. Əməliyyatın sonunda sinirlər bərpa olundu. Bu sinirlər yaxşılaşacaq və gündə 1 millimetr uzanacaqlar. Xəstə 3-6 ay sonra barmaq ucunu normal şəkildə hiss edəcək.

Əməliyyat olduqca məsuliyyətli və xüsusi bacarıq tələb edən bir əməliyyat idi. Əməliyyatı icra etmək üçün xəstənin yaşı, peşəsi, siqaret vərdişinin olub-olmaması önəmlidir.

Xarici ölkələrdə, xüsusilə Uzaq şərq ölkələrində icra edilən bu əməliyyatı ilk dəfə Türkiyədə də gerçəkləşdirdik"-deyə əməliyyatla bağlı açıqlama verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR