Dərc edildi: Baxış sayı: 625
Çərpələng uçuran uşaq Azərbaycanda bir qəsəbəni işıqsız qoydu
Abşeron rayonu, Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, fasiləyə səbəb qəsəbə ərazisində yaşayan uşaqların uçurduğu çərpələng olub.
Belə ki, çərpələng yüksək gərginlikli xətlərin üzərinə düşüb. Nəticədə “Saray 3” yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə elektrik enerjisi kəsintisi yaranıb.
Qeyd edək ki, “Azərişıq” ASC qəsəbənin bəzi küçələrində elektrik enerjisi təchizatında fasilə olacağı ilə bağlı məlumat yaymışdı. Havanın küləkli keçməsi səbəbindən planlaşdırılan təmir-bərpa işləri təxirə salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət