Slimfit
  1. CƏMİYYƏT

Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ

Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ
Sakura

Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ

“Bəzi hallarda vətəndaş icazəli olduğunu desə də, icazə portalında onun məlumatları görünmür”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib:

“Polis həmin şəxsin yanında məlumatları portal vasitəsilə yoxlayır. Vətəndaşın adı çıxmadığı üçün polis inzibati xəta üzrə protokol tərtib edir. Polis heç bir halda qanunsuzluq etmir.

Ola bilər ki vətəndaş evdən çıxdıqdan bir saat sonra adı portalda qeydiyyata alınıb. Bu, ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır.

Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin. Müvafiq araşdırma aparılacaq və nəticədən asılı olaraq həmin protokol ləğv olunacaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR