Dərc edildi: Baxış sayı: 432
Cənubi Sudanın paytaxtında gecə klubları və diskotekalar qadağan edilib
Cənubi Sudanın hakimiyyət orqanları ölkənin paytaxtı Cubada gecə klublarının və bütün diskotekaların qadağan olunmasına dair qərar qəbul edib.
AZƏRTAC France-Press agentliyinə istinadla xəbər verir ki, qərara əsasən, yerli barların işi də xeyli məhdudlaşdırılıb. Onlar gecələr yalnız bir neçə saat açıq olacaq və gündüzlər müştəri qəbul edə bilməz.
Şəhər qubernatoru nümayəndəsinin sözlərinə görə, bu müəssisələrdə baş verənlər ölkənin gələcəyi üçün real təhlükə yaradır. Gecə klublarına və diskotekalara 13 yaşında qızlar gəlir. Məmur əlavə edib ki, hakimiyyət orqanları bu cür müəssisələrin Cənubi Sudan paytaxtında bir daha peyda olmaması üçün bütün mümkün tədbirləri görəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət