Dərc edildi: Baxış sayı: 212
“Cənubi Qafqazda dəhlizlərin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür” - Overçuk
“Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür”.
Ens.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib, lakin eyni zamanda, iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yolunda demək olar ki, heç bir hərəkət yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət