Dərc edildi: Baxış sayı: 328
Cənubi Koreya iyun ayından bəri İrandan xam neft almağı dayandırıb
Cənubi Koreya iyun ayından bəri İrandan xam neft almağı dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi İranın Neft Nazirliyinə istinadla yayıb. Cənubi Koreyanın İran ilə neft ticarətini dayandırmasına səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.
İranın Neft Nazirliyi ABŞ-ın 2015-ci ildə əldə edilmiş nüvə anlaşmasından çıxmasından sonra İrandan neft alınmasını dayandıran ilk ölkənin məhz Cənubi Koreya olduğunu bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət