Slimfit
  1. İDMAN

Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşib

Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşib
Sakura

Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşib

Ekvadorun “İndependyente del Valye” klubu Cənubi Amerika Kubokunda finala yüksəlib.

Report” xəbər verir ki, Sanqolki şəhərini təmsil edən komanda evdə Braziliya “Korintians”ı ilə keçirdikləri cavab yarımfinal oyununda 2:2 hesablı heç-heçə etməklə buna nail olub. Səfərdə 2 cavabsız qolla qalib gələn ekvadorlular həlledici matça vəsiqə qazanıblar.

Digər finalçı “Kolon” (Argentina) – “Atletiko Mineyro” (Braziliya) duelinin qalibi olacaq. Argentinalılar evdə keçirdikləri ilk görüşdə 2:1 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması sentyabrın 27-də olacaq.

Qeyd edək ki, 2002-ci ildən keçirilən Cənubi Amerika Kubokunun ən titullu komandaları “Boka Xuniors”la “İndependyente”dir. Argentina təmsilçiləri hərəyə 2 dəfə yarışın qalibi adını qazanıblar. Hazırkı yarımfinalçılardan heç biri indiyədək bu titulu əldə etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR