“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Enerji Xartiyası Forumunda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda ictimaiyyətlə əlaqələr, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, “Cənub Qaz Dəhlizi” dünyada ən irimiqyaslı layihələrdən biridir və bu layihəyə qoyulan investisiyalar 40 milyard dollar təşkil edib.
B.Aslanbəyli qeyd edib ki, 2018-ci ildə “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri qrafikin qabaqlanması və planlaşdırılan məbləğdən daha az xərclərlə icra olunmuşdu:
“İlk kommersiya tədarükləri iyunun 30-da başlayıb və qaz tədarükü ilə bağlı öhdəliklər uğurla icra olunub”.
Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət