Dərc edildi: Baxış sayı: 503
Cənub bölgəsində koronavirusla bağlı son vəziyyət
İranda koronavirusun yayılması ilə əlaqədar Azərbaycan-İran sərhədində yerləşən Astara və Biləsuvar rayonlarındakı gömrük-sərhəd buraxılış məntəqələrində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.
Baku TV xəbər verir ki, bu məqsədlə ərazidə qurulmuş stasionar aparatlarla yük maşınları dezinfeksiya edilir.
Sərnişin xəttində Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Hər bir sərnişin tibbi müayinədən keçirilir və xəstəlik halları aşkar edildikdə onlar dərhal stasionar müalicəyə göndərilir.
Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, son vaxtlar sərhəd keçid məntəqəsində yaranmış fasilələr profilaktik məqsəd daşıyır.
O bildirib ki, sərhədin tam bağlanması üçün heç bir əsas yoxdur:
“Həm İrandan gələn insanlar, həm də Azərbaycan vətəndaşlarının keçidi tam şəkildə təmin olunur”.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət