Cənub bölgəsində bələdiyyə seçkilərinə səsvermə başlayıb
Lənkəran rayonundan olan seçicilər dörd seçki dairəsi üzrə - 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairələrini əhatə edən 153 seçki məntəqəsində səs verirlər.
"Report"un Cənub Mərkəzinin veriyi məlumata görə, Lənkəran şəhər 73 saylı seçki dairəsinin 7 saylı məntəqəsində seçicilər fəallıqları ilə seçilir. Məntəqədə şəffaflığın təmin olunması üçün veb kameralar quraşdırılıb. Gün ərzində 10-dan artıq müşahidəçi seçkinin gedişini izləyəcək. Bu dairə üzrə gün ərzində 28 məntəqə fəaliyyət gösdərəcək. 48 yer üzrə isə 99 namizəd mubarizə aparır.
Ümumilikdə səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Səsvermədə iştirak edə bilməyən yaşlı, xəstə və əlilliyi ol şəxslər üçün daşınan qutular məntəqələrə paylanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət