Dərc edildi: Baxış sayı: 465
Prezident İlham Əliyevin ev bağışladığı Xalq artisti, tarzən Fikrət Verdiyev ölkə rəhbərinin bağışladığı…
Prezident İlham Əliyevin ev bağışladığı Xalq artisti, tarzən Fikrət Verdiyev ölkə rəhbərinin bağışladığı ev haqqında danışıb.
baku.ws-ə istinadən xəbər verir ki, yeni evdə özü və həyat yoldaşı qalacaq.
"Bakıda iki otaqlı evdə 6 nəfər qalırdıq.
Çox böyük ehtiyac var idi. Bu ev daha gözəl və daha rahatdır. Düşünürəm ki, yeni evdə həyat yoldaşımla mən qalım.
Cənab prezidentə öz dərin təşəkkürümü bildirərəm. Bu əməyimə verilən ən böyük qiymətdir".
Bildirək ki, Fikrət Verdiyev məhşur "Göygöl" ansanblının yaradıcısı, Gəncə Dövlət Flarmoniyasının yaranmasında müstəsna xidməti olan şəxslərdən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət