Dərc edildi: Baxış sayı: 546
Çempionlar Liqasının son iştirakçıları bəlli olur
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, cavab oyunları çərçivəsində daha üç qarşılaşma baş tutacaq və qrup mərhələsinə vəsiqə qazanan son komandalar müəyyənləşəcək.
"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gələcək.
Belçikanın “Brügge” klubu evdə Avstriyanın LASK komandası ilə qarşılaşacaq. Çexiya "Slaviya"sı isə Rumıniyanın ÇFR klubunu qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)
İlk oyun - 1:0
23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)
İlk oyun - 0:0
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət