Dərc edildi: Baxış sayı: 539
Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli oldu
“Liverpul”-un hollandiyalı müdafiəçisi Vircil van Deyk Çempionlar Liqasının “Totenhem”-ə qarşı keçirilən final oyununun ən dəyərli oyunçusu seçilib.
Oxu.Az bildirir ki, 27 yaşlı van Deyk əsas heyətdə çıxaraq, meydanı bütün oyun boyu tərk etməyib. Bununla da, “Liverpula” 2018-ci ilin qışında keçən hollandiyalı müdafiəçi karyerası ərzində ikinci dəfədir ki, Avrokubok turnirinin finalında oynamış olub.
Qeyd edək ki, həlledici oyun şənbə günü Madriddə baş tutub və 2:0 hesabı ilə “Liverpul”-un qələbəsi ilə başa çatıb. Beləliklə də, “Liverpul” altıncı dəfə Çempionlar Liqasının qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət