UEFA Çempionlar Liqasında qrup mərhələsinin simvolik komandası açıqlanıb
UEFA Çempionlar Liqasında qrup mərhələsinin simvolik komandası açıqlanıb.
“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “Fantasy Football”da yığılan xallar əsasında tərtib edilən “11-lik”də 9 fərqli klubun oyunçusu yer alıb:
Simvolik heyət: Voytsex Şensnı (“Yuventus”, İtaliya), Jordi Alba (“Barselona”, İspaniya), Leonardo Bonuççu (“Yuventus”, İtaliya), Nikolas Talyafiko (“Ayaks”, Hollandiya), Rafael Gerreyru (Dortmund “Borussiya”sı, Almaniya), Karlos Soler (“Valensiya”, İspaniya), Nikola Vlaşiç (MOİK, Rusiya), Cengiz Ünder (“Roma”, İtaliya), Mussa Mareqa (“Portu”, Portuqaliya), Duşan Tadiç (“Ayaks”, Hollandiya), Robert Levandovski (“Bavariya”, Almaniya)
Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsində ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət