Dərc edildi: Baxış sayı: 646
Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Liverpul"un hücumçusu Roberto Firmino rəqiblərini üstələyib.
Braziliyalı futbolçu səsvermədə Son Hın Min ("Tottenhem"), Frenk De Yonq ("Ayaks") və Jerar Pikeni ("Barselona") qabaqlayaraq birinci yeri tutub.
Qeyd edək ki, Firmino komandasının “Portu”nu 2:0 hesabı ilə məğlub etdiyi oyunda bir qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət