Slimfit
  1. İDMAN

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
Sakura

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizəd olan futbolçuların adlarını açıqlayıb.

"Report"un məlumatına görə, iddiaçılar sırasına "Barselona"nın hücumçuları Lionel Messi ilə Luis Suares, eləcə də Hollandiya "Ayaks"ının yarımmüdafiəçiləri Frenki de Yonq və Donni van de Bek düşüb.

Suares sabiq komandası İngiltərə "Liverpul"una 3:0 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolu vurub, Messi isə "dubl" edib. Onlara 3 qolu vurmaq üçün rəqib qapıya elə 3 zərbə endirmələri kifayət edib. Van de Bekin qolu "Ayaks"a İngiltərədə "Tottenhem" üzərində qələbə qazandırıb - 1:0. De Yonqun isə dəqiqliyi 92 faiz təşkil edib.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İspaniya "Real Madrid"idir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR