Slimfit
  1. İDMAN

Çempionlar Liqası: 'Bavariya'dan darmadağın, 'Barselona'dan heç-heçə

Çempionlar Liqası: 'Bavariya'dan darmadağın, 'Barselona'dan heç-heçə
Sakura

Çempionlar Liqası: 'Bavariya'dan darmadağın, 'Barselona'dan heç-heçə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 ilk oyunu keçirilib. 

"Report"un məlumatına görə, qarşılaşmalar yenə İtaliya və İngiltərədə təşkil olunub.
"Napoli" İspaniya "Barselona"sı ilə görüşdə qələbəyə yaxın olub. 30-cu dəqiqədə Napoli komandası Dris Mertensin qolu ilə önə keçib. Lakin 57-ci dəqiqədə Antuan Qrizmann bərabərlik qolunu vurub. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 89-cu dəqiqədə Arturo Vidal ardıcıl iki sarı vərəqə alaraq, "Barsa"nı azlıqda qoyub.
Avropa Liqasının son qalibi "Çelsi" isə Almaniya "Bavariya"sı ilə görüşdə darmadağın olub. İlk yarıda hesab açılmasa da, 51-ci və 54-cü dəqiqələrdə Serj Qnabri "dubl" edib. 76-cı dəqiqədə isə Robert Levandovski yekun nəticəni müəyyənləşdirib - 3:0. Üstəlik, 83-cü dəqiqədə Markos Alonso qırmızı vərəqə alaraq, "Çelsi"ni azlıqda qoyub.
Bu komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"inə 0:1 hesabı ilə uduzub, "Atalanta" isə İtaliyada İspaniyada "Valensiya"sını darmadağın edib - 4:1. Bundan başqa, "Atletiko" İspaniyada İngiltərə "Liverpul"una 1:0, Almaniyanın "Borussiya" (Dortmund) komandası Fransa PSJ-sinə 2:1 hesabı ilə qalib gəlib. Fevralın 26-da İspaniyada "Real Madrid" İngiltərənin "Mançester Siti" komandasını, "Lion" isə Fransada İtaliya "Yuventus"unu qəbul edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR