Dərc edildi: Baxış sayı: 356
Çempion baş məşqçi "Qəbələ"yə dönüb
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi postundan ayrılan Famil Xəlilov “Qəbələ” klubuna dönüb.
“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis yenidən “Qəbələ”nin U-19 komandasına rəhbərlik edəcək. 2017/2018 mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan Xəlilov ötən ilin avqustunda U-19-dan ayrılaraq, Azərbaycan millisində işə başlamışdı.
Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib.
Qeyd edək ki, İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisində məşqçi kimi davam etdirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət