Cəmi üç vasitə ilə saç tökülməsinin qarşısını alın
Saçların tökülməsi heç də həmişə ciddi xəstəliklərlə bağlı olmur. Mövsüm dəyişikliyi zamanı, eyni zamanda düzgün olmayan qidalanma nəticəsində və ya ruhi pozuntu səbəbindən saçlarda tökülmənin yaranması mümkündür. Bu, ən çox qadınlarda rast gəlinən bir haldır.
Saçların tökülmənin qarşısını necə almaq olar? Ev şəraitində hansı tədbirlər görmək olar?
E-tibb.az Türkiyə mediasına istinadən cəmi 3 vasitədən istifadə etməklə hazırlanan qarışımı təqdim edir.
- 1 yumurta sarısı
- 2 yemək qaşığı hind yağı
- 1 yemək qaşığı bal
Bir qabda onları yaxşı qarışdırın, yaranan qarışımı saçlarınızın diblərindən başlayaraq, bütünlükdə saça yaxın. 2-4 saat gözləyin, sonra yuyun.
Mütəxəssislər hesab edir ki, bunu 2 ay, həftədə bir dəfə təkrarlasanız, yaxşı nəticə əldə edə bilərsiniz.
Hind yağı saçlara ən çox təsir edən vasitə sayılır. Saç uzanmasını ayda beş dəfəyə qədər artırır. Kəpəyin də qarşısı alır.
Bal təkcə saçların yaxşı uzanmasına səbəb olmur, həm də nəmliyini artırır.
Yumurta sarısı da saç köklərini qidalandırmaq baxımından əvəzsiz vasitə hesab edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət