Slimfit
  1. MARAQLI

Cəmi 50 əşyaya sahib təqaüdçü - minimalist həyat tərzi

Cəmi 50 əşyaya sahib təqaüdçü - minimalist həyat tərzi
Sakura

Yoahim Klekner bütün artıq şeylərdən imtina edən təqaüdçüdür. Bu minimalist insan Berlində yaşayır və…

Onu elə şeylərdən imtina edib ki, bizə onlarsız tam mövcud ola biləcəyimiz mümkünsüz gəlir. Onu nə ilhamlandırıb? Buna bir neçə səbəb var idi. Onun biri Çernobıl fəlakəti ilə bağlı idi, ondan sonra Yoahim enerjiyə qənaət və ətraf mühitin müdafiəsi məsələləri üzərində ciddi olaraq düşündü. Yeni peşəyə sahib olaraq o energetika məsələləri üzrə məsləhətçi oldu və paralel olaraq öz həyatının optimallaşdırılması üzərində işləməyə başladı. Onun bir çox şeyə baxışını dəyişən digər səbəb arvadı ilə ayrılması oldu. Onun haqqında heç nə xatırlamamaq üçün Yoahim bütün əşyalarını payladı və satdı. Nəticədə o yeni fikir,ideya və başlanğıc üçün yer ayıraraq yüngüllük hiss etdi.

Hazırda onun qarderobu bir neçə alt paltarı, corab, iki köynək, iki kombinezon və ayaqqabılar. Bunlardan ən lazım olanları isə - rükzak, planşet və telefondur. O şəxsi əşyaların sayını azaldaraq 50-ə çatdırıb. Buna baxmayaraq o daim bunlara ehtiyacı olduğu barədə düşünür. İmtina edilmək siyahısına digər əşyalar da daxil ola bilər.

Hazırda Yoahim internetdə bloqqerlik edir və artıq “Kiçik minimalist” adlı kitab dərc edib. O mühazirə və seminarlar deyir və həyat üslubu üzrə məsləhətçi kimi işləyir.

Yoahim iddia edir ki, almaq sevincliyi uzun müddətli deyil və adətən bir dəqiqə ərzində bitir. “İnsan nə qədər əşya alırsa, onlara qulluqla bağlı məsələlər daha böyük yeri və fikirləri zəbt edir”

O qeyd edir: “Artıqlardan yaxa qurtarandan sonra mən həyat və insanlar üçün vaxt qazandım”.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR