Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir

Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir
Sakura

Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir

6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir.
 
Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb.
Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir. 
 
Medicina.az xəbər verir ki, bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb. 
 
Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar.
 
Eksperiment 6 həftə davam edib.
 
Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib. 
 
1-ci qrupa daxil siçanlar olduqları yerdə oriyentasiyanı çətin tapırdılar, şəkər və yağlı qidaların qəbulu davam etdikcə vəziyyətləri lap pisləşirdi. 
 
Zərərli qidalar və fast-foodla qidalanmanın ilk zərərli təsiri artıq 3 gün qidalanmadan sonra özünü göstərməyə başlamışdı. Kifayət qədər az müddətdir. Davam etdikcə və vaxt getdikcə daha da pis olur. 
 
Alimlər qeyd edir ki, yeniyetmə və gənclərin fast-foodla qidalanması onlarda axtarış, predmetləri yadda saxlamaq qabiliyyətini aşağı salır.
 
Mənbə: medicina.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR