"Çelsi"nin hücumçusu İspaniyaya qayıdır
"Çelsi"nin hücumçusu Alvaro Morata İspaniyaya qayıtmağa yaxındır. "El Mundo Deportivo" nəşrinin yazdığına görə, ispan hücumçu "Sevilya"ya keçməyə razılıq verib. İngiltərədə işləri yolunda getməyən və ehtiyatda qalan forvard yenidən vətənində oynamaq niyyətindədir. Yaxın günlərdə Moratanın menecerinin "Çelsi" rəhbərliyi ilə görüşüb, mümkün transferi müzakirə edəcəyi gözlənilir.
Ancaq London klubunun futbolçunu asanlıqla əldən buraxmayacağı bildirilir. Çünki Morata gedərsə, Mauritsio Sarrinin əlində cəmi bir hücumçu - Olivye Jiru qalacaq ki, belədə "zadəganlar" yeni forvard almalı olacaqlar.
Qeyd edək ki, 2017-ci ilin yayından "Çelsi"də çıxış edən Morata bu komandada 42 oyun keçirib və 18 qol vurub
Mənbə : Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət