Slimfit
  1. İDMAN

“Çelsi” və “Mançester Siti” İngiltərə Premyer Liqasından kənarlaşdırıla bilər

“Çelsi” və “Mançester Siti” İngiltərə Premyer Liqasından kənarlaşdırıla bilər
Sakura

“Çelsi” və “Mançester Siti” İngiltərə Premyer Liqasından kənarlaşdırıla bilər

“Çelsi” və “Mançester Siti” klubları maliyyə pozuntularına görə İngiltərə Premyer Liqasından kənarlaşdırıla bilər.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “The Sun” nəşri məlumat yayıb.

Premyer Liqanın müstəqil komissiyası artıq adıçəkilən klublara təqsirli bilinəcəkləri təqdirdə çempionatdan kənarlaşdırılacaqları haqda xəbərdarlıq edib.

“Mançester Siti”yə ötən ilin fevralında 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülüb. Komandanın vəkilləri onları mübahisələndirirlər.

“Çelsi”yə qarşı hələ ittiham irəli sürülməyib. Amma 2023-cü ilin yayında, Roman Abramoviçin rəhbərliyi dönəmində klubun maliyyə hesabatlarında pozuntular aşkarlanıb.

Bu mövsüm maliyyə pozuntularına görə "Nottinqem Forest" 4, "Everton" isə 6 xaldan məhrum edilib.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 28 oyundan sonra 63 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Çelsi" isə 27 matçdan sonra 39 xalla 11-cidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR