Dərc edildi: Baxış sayı: 449
"Çelsi" İngiltərə millisinin məşqçisi üçün federasiya ilə danışıqlar aparmaq istəyir
Futbol üzrə İngiltərə milli komandasının məşqçisi Stiv Holland "Çelsi"də baş məşqçi postuna namizədlərdən biridir.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, hazırkı baş məşqçi Mauritsio Sarri vəzifəsindən istefa verəcəyi təqdirdə, London təmsilçisi İngiltərə Futbol Federasiyası ilə danışıqlar aparacaq. "Çelsi" 49 yaşlı mütəxəssisin mövsümün sonuna kimi həm milli komandada, həm də klubda işləməsini istəyəcək.
Qeyd edək ki. Stiv Holland İngiltərə yığmasında baş məşqçi Qaret Sautgeytin köməkçisidir. O, 2011-2017-ci illərdə "Çelsi"nin də köməkçi məşqçisi vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət