Dərc edildi: Baxış sayı: 443
"Çelsi" İngiltərə Kubokunun finalına yüksəlib
"Çelsi" futbol klubu İngiltərə Kubokunun yarımfinal oyunun cavab qarşılaşmasında öz meydanında "Tottenhem"ə qalib gəlib.
Trend-in məlumatına görə, "Çelsi" oyundan sonrakı penlatilər seriyasında üstün olub (4:2). Əsas vaxt 2:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində N'Qolo Kante (27-ci dəqiqə), Eden Azar (38-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Fernando Lyorente vurub (50-ci dəqiqə).
Xatırladaq ki, ilk oyunda "Tottenhem" öz meydanında 1:0 hesabı ilə qalib gəlib.
Final qarşılaşması fevralın 24-də "Uembli" stadionunda keçiriləcək. "Çelsi" ilə "Mançester Siti" üz-üzə gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət