Dərc edildi: Baxış sayı: 458
“Çelsi” əzəli rəqibini penaltilərlə məğlub etdi
İngiltərə Liqa Kubokunda finalçıların adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, “Çelsi” “Stemford Bric”də “Totenhem”lə cavab matçına çıxıb.
London derbisində “Çelsi” 2:1 qalib gəlib. Qolları fransalı Nqolo Kante, belçikalı Eden Azar və ispaniyalı Fernando Lyorente vurub.
Lakin “Uembli”dəki ilk görüşdə “mahmızlar” 1:0 qalib gəldiyindən, penaltilərə müraciət edilib. Penaltilərdə “Çelsi” 4:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, digər finalçı iki oyunun cəminə görə aşağı dəstə klubu “Börton Albion”a 10:0 qalib gəlmiş “Mançester Siti”dir. Final görüşü fevralın 24-də baş tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət