Dərc edildi: Baxış sayı: 592
`Çelsi` Bakıdakı finaldan sonra Sarrini yola salacaq
İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri istefaya göndəriləcək. FaktXəbər bildirir ki, bu barədə “La Gazzetta dello Sport” yazıb.
Nəşrin iddiasına görə, istefa UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçından sonra reallaşacaq.
Klubun rusiyalı sahibi Roman Abramoviç “Arsenal”la həlledici oyunun nəticəsindən asılı olmayaraq, 60 yaşlı italiyalı mütəxəssisi yola salmaq niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət