'Çelsi' Bakı finalından sonra Jiru ilə müqavilə bağlaya, Kanteni isə itirə bilər
İngiltərənin “Çelsi” klubu UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra futbolçusu Olivye Jiru ilə müqavilənin müddətini uzadacaq.
“Report” “Telefoot”a istinadən xəbər verir ki, adətən, 30 yaşdan yuxarı oyunçularla 1 illik müqavilə bağlayan London təmsilçisinin 32 yaşlı forvardla 2020-ci ilin iyulunadək anlaşacağı gözlənilir.
Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olan Jiru cari mövsümdə “Çelsi”nin heyətində çıxış etdiyi 27 oyunda 2 qol vurub.
Mudialda çempionluq sevinci yaşayan digər fransalı futbolçu Nqolo Kante isə yay fasiləsində “Çelsi”nin tərk edə bilər.
“Mirror”un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin xidmətində Fransa PSJ-si maraqlıdır. Paris klubunun londonlularla 2023-cü ilin yayına qədər müqaviləsi olan Kanteyə cəlbedici təklif irəli sürəcəyi bildirilir.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət