“Çelsi”-“Arsenal” oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq
Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoİP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.
Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət