Slimfit
  1. AZƏRBAYCAN

Cəlilabadda ulu öndərin xatirəsi ehtiramla anılıb

Cəlilabadda ulu öndərin xatirəsi ehtiramla anılıb
Sakura

Cəlilabadda ulu öndərin xatirəsi ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, ADPU-nun Cəlilabad filialında və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları ulu öndərin anım gününə həsr edilib.

Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək ulu öndərin abidəsini ziyarət ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində ümummilli liderin abidəsini ziyarət edib və abidənin önünə təzə-tər gül dəstələri qoyub. Anım günü rayonun yaşayış məntəqələrində ulu öndərin xatirəsinə ehsanlar verilib, ruhuna dualar oxunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR