Dərc edildi: Baxış sayı: 192
Cəlilabadda qızılcaya yoluxma ilə bağlı son vəziyyət AÇIQLANDI
Son günlər Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında azalma müşahidə olunur.
Ens.az Report.az-a istinadən xəbər verir ki, ötən ilin noyabr ayından etibarən rayon üzrə 391 nəfər (18 yaşdan kiçiklər - 259 nəfər, 18 yaşdan böyüklər - 132 nəfər) bu virusa yoluxub.
Hazırda 89 aktiv xəstə müalicə olunur.
Qeyd edək ki, ötən həftə bu xəstəliyə yoluxma sayında artım müşahidə olunurdu. Bunun səbəbi də soyuq hava şəraiti ilə əlaqələndirilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət