Dərc edildi: Baxış sayı: 805
Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir
Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.
"Report"un Muğan bürosu xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.
Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.
Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət