Slimfit
  1. AZƏRBAYCAN

Cəlilabadda maraqlı tapıntı

Cəlilabadda maraqlı tapıntı
Sakura

Cəlilabadda maraqlı tapıntı

Cəlilabadda kənd sakinləri təsərrüfat işləri görərkən maraqlı maddi mədəniyyət nümunələri aşkar ediblər. 

Oxu.Az-ın məlumatına görə, bunlar arasında  ən maraqlısı  dəmirdən hazırlanmış döyüş baltasıdır.

Rayonun Şatırlı kəndində aşkarlanmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti daşdan hazırlanmış əşyalardır.

Onlardan birinin üzərində xüsusi damğa var ki, tarixçilərin sözlərinə görə bu adam mənasını ifadə edir.

Tarixi mənbələrdə bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. 

Tapıntılar arasında ən maraqlısı isə dəmirdən olan döyüş baltasıdır. İndiyə kimi Cəlilabad rayonunda dəmirdən müxtəlif tip alətlər tapılsa da döyüş baltasının tapılması ilk hadisədir.

Tarixi məlumatlara görə  qədimdə silah qismində istifadə olunan alət 5-8-ci əsrlərə aiddir. 

Tapılmış tarixi nümunələr Cəlilabad tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR