Slimfit
  1. CƏMİYYƏT

Cəlilabadda koronaviruslu xəstələrin əşyaları çölə-bayıra atılır? - Rəsmi REAKSİYA

Cəlilabadda koronaviruslu xəstələrin əşyaları çölə-bayıra atılır? - Rəsmi REAKSİYA
Sakura

Cəlilabadda koronaviruslu xəstələrin əşyaları çölə-bayıra atılır? - Rəsmi REAKSİYA

Mətbuatda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə alan şəxslərin də istifadə etdiyi əşyaların xəstəxanın həyətinə atılması ilə bağlı görüntülər yayılıb. Eyni zamanda bildirilir ki, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb və xəstəxana işçiləri bu addımın nə üçün atıldığını bilmir.

Ens.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb. İcra Hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova görüntülərin həqiqəti əks etdirmədiyini deyib:

"Bəlkə də yayılan görüntülər montajdır. Çünki xəstələrin istifadə etdiyi ləvazimatlar xüsusi tullantı yerinə xüsusi işçilər vasitəsilə göndərilir. Yəni mümkün deyil ki, həmin əşyalar çölə-bayıra atılsın".

Qeyd edək ki, koronavirusun əşya üzərində yaşama müddəti bir neçə saatdır və həqiqətən də bu əşyalar necə gəldi ətrafa boşaldılarsa, real təhlükə yarada bilər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR