Slimfit
  1. CƏMİYYƏT

Cəlilabadda at ətinin istehsal edildiyi təsərrüfat aşkarlandı

Cəlilabadda at ətinin istehsal edildiyi təsərrüfat aşkarlandı
Sakura

Cəlilabadda at ətinin istehsal edildiyi təsərrüfat aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ens.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçiriblər.

Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kiloqram olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib. Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR