Dərc edildi: Baxış sayı: 555
Cəlilabadda 20 Yanvar faciəsinin 30-cu ildönümü ehtiramla anılıb
Cəlilabad rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Report”un Muğan bürosu xəbər verir ki, rayonun Şəhidlər xiyabanında baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Ziyarətçilər şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.
Daha sonra şəhidlərdən bəhs edən rəsm sərgisinə və tamaşaya baxış keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət