Slimfit
  1. ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Cəlilabad rayon Məhkəməsinin işçisi rüşvət müqabilində qətnamələr çıxartdırır?

Cəlilabad rayon Məhkəməsinin işçisi  rüşvət müqabilində qətnamələr çıxartdırır?
Sakura

Cəlilabad rayon Məhkəməsinin işçisi rüşvət müqabilində qətnamələr çıxartdırır?

Mən Cəlilabad rayon Məhkəməsində baş alıb gedən özbaşınalıqlardan, qanunsuzluqlardan əhalinin  zülm çəkməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə  köməkçisi cənab Fuad Ələsgərova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, Baş prokuror cənab Kamran Əliyevə,Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin  rəisi cənab Nazim Rəcəbova, Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciətlər ünvanlamışam. Bu müraciəti isə sizə göndərərək, onun işıqlandırılmasına  köməklik etməyinizi xahiş edirəm.

Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Natiq oğlu Səlifov narkomandır. Hüquq mühafizə orqanlarından bu faktı yoxlamalarını dəfələrlə xahiş etmişəm.  Bu adam böyük pullar - rüşvət almaqla məhkəmə rəhbərliyi ilə əlbir  işlər həyata keçirir, qanunsuz qərarların çıxarılmasına nail olur. Haqqı tapdalanan sadə insanlar isə ağır problemlərlə üzləşir. 

Rayon sakini Həsənov Şahin ilə bizim aramızda mülki məhkəmə prosesi olub, 16 yanvar 2020-ci ildə qətnamə çıxarılıb. Dövlət orqanlarından xahiş etmişəm ki, həmin iş yoxlanılsın. İddiaçı Həsənov Şahin Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Səlifova 4 000 manat rüşvət verərək həmin qətnamənin öz xeyrinə çıxarılmasına nail olmuşdur.

 

Baş məsləhətçi Coşqun Səlifov ində də yenidən 4000 manat rüşvət alaraq həmin qətnamənin Şirvan Apelyasiya Məhkəməsində qüvvədə qalmasına cəhd edir.

Həsənov Şahinin əməlləri barədə bizdə kifayət qədər məlumatlar vardır. Onun əvvəllər işini aparan və bezdirdiyi adam haralara rüşvət ötürməsi barədə bizi tam məlumatlandırmışdır. Həm də Həsənov Şahin kənddə sərxoş halda gəzərək hər yerdə deyirdi ki, mən 4 min manat qətnamənin çıxarılmasına, 4 min manat da Şirvana vermişəm, məhkəməni udmaq üçün üst-üstə 10 min manat pulum çıxıb, ziyana düşmüşəm. Həmin pullar yaxın qohumlar tərəfindən toplanaraq Coşqun Səlifova verilmişdir. Bu faktı onun yaxın qohumları da təsdiqləyirlər.

Qətnamə çıxarılandan sonra Həsənov Şahin gedib evdə oturub Apelyasiyaya hazırlaşmalıydı, amma 16 yanvar 2020-ci ildən bu günə kimi Həsənov Şahin məhkəməyə gedib gəlməkdədir, Coşqun Səlifov ilə görüşərək yeyib içib “danışıqlar” aparmaqdadır. Halbuki qanunla məhkəmə gedən ərəfədə iddiaçı ilə məhkəmə işçisi arasında hər hansı ünsiyyət qadağandır.  Amma Həsənov Şahin məhkəmə prosesi başlayan gündən bu günə kimi dəfələrlə, həftədə iki-üç dəfə məhkəmə binasına gedib gəlir, ürəyi istədiyi vaxt bu narkoman məhkəmə işçisi ilə görüşür. O Məhkəmənin baş məsləhətçisi Coşqun Səlifov ilə dəfələrlə həm məhkəmə binasında görüşüb pul sövdələşmələri aparır, həm də rayondakı kafelərdə görüşüb yeyib içirlər. Hətta Həsənov Şahinin Səlifov Coşqunla münasibətləti o qədər “istiləşib” ki, öz işini həll etməyi bir yana qalsın, məhkəmədə dəllallıq edir, pul müqabilində işləri həll etmək üçün Coşqunun yanına barəsində cinayət işi açılmış adamları aparıb gətirir. Bu iki adam indi birləşib Məhkəmədə dəllallıq edirlər. Bu yolla Cəlilabad Məhkəməsini bazara çeviriblər.

Qeyd etdiyim kimi, məhkəmə  yanvarın 16-da bitib. Təsadüfi deyil ki, çıxarılan qətnamədə 25 kobud səhv var və bu barədə müvafiq orqanlara yazıb göndərmişik, çünki 4 min manat pul müqabilində ağına-bozuna baxmadan səhvlərlə dolu qətnamə çıxarıblar.

Coşqun Səlifov Cəlilabad Məhkəməsinin “boz kardinalı” sayılır. Bu adam narkomandır. Bunu rayonda hamı bilir, çünki onun maşını polis təqibi ilə tutulduqda avtomobilindən adı çəkiləm maddələr aşkarlanmışdı. Həmin vaxt  Göytəpədə yaşayan  onun yaxın qohumları tərəfindən 10 min manat pul toplandı. Həmin pulun hesabına Coşqun maddi məqsədlər üçün lazımdır. Ən bahalı və riskli qərarlar Coşqun Səlifovun əli ilə həyata keçirilir. Coşqun Səlifov Cəlilabad Məhkəməsinin qara kassiridir.

Hal-hazırda Coşqun Səlifov böyük pullar almaq hesabına Məhkəmədən “ağır” işlər keçirir. Bu pulların çox hissəsini o narkotik preparatlara sərf edir. Məhkəmənin sədri Vüsal Cəbrayılov onu respublikada biabır etmiş narkoman işçisi Coşqun və başdan psixi xəstə olan Şahin barədə nə fikirləşir? Məgər hər adam vasitəsilə dəllalıq etmək, daban-dabana zidd deyilmi?

 

Ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından  bu və digər faktların yoxlanılıb lazımi tədbir görülməsini xahiş edirəm. 

 

Həsənov Rəhim

Cəlilabad rayonu Abışabad kəndi

Telefon: (077) 530 48 18

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR