Slimfit
  1. MƏDƏNİYYƏT

Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində

Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində
Sakura

Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada, Misir Ərəb Respublikasında, Pakistanda, Litvada, Gürcüstanda, Macarıstanda çap olunub.

Trend-in məlumatına görə, bu günlərdə akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının növbəti kitabı Özbəkistanda çapdan çıxıb. Daşkənd şəhərindəki “Mümtaz söz” nəşriyyatında “Poçt qutusu” adı ilə nəşr edilmiş kitabda akademik İsa Həbibbəylinin müqəddimə kimi verilmiş “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı ön sözdə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumatlar özbək oxucularına çatdırılıb.

Müqəddimədə Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas məqamları, ədibin Azərbaycan ədəbiyyatına gətirdiyi mühüm yeniliklər və onun adı ilə bağlı olan sənət ənənələri geniş əhatə olunub.

“Poçt qutusu” kitabında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti və “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Pirverdinin xoruzu”, “Kişmiş oyunu”, “Saqqallı uşaq” da daxil olmaqla cəmi 26 hekayəsi özbək dilində təqdim edilib.

Qeyd edk ki, bu vaxtadək Özbəkistanda Cəlil Məmmədquluzadənin cəmi 2 hekayəsi çap olunub.

 

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə Özbəkistanın görkəmli yazıçısı Usmon Koçkor tərcümə edib. Kitabda, eyni zamanda Usman Koçkorun “Cəlil Məmmədquluzadə” adlı yazısı da özünə yer alıb.

Kitabda həmçinin tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyevin “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” adlı son sözü də verilmişdir.

“Poçt qutusu” kitabını nəşrin məsul redaktoru, professor Həmidulla Boltaboyev çapa hazırlamışdır. Kitabın redaktoru isə tanınmış publisist Qulu Kəngərlidir.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabının özbək dilində nəşr edilməsi Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin yeni səhifələri kimi mühüm əhəmiyyətə malikdir.

“Poçt qutusu” kitabının Özbəkistanda nəşr edilməsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə qiymətli hədiyyədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR