Slimfit
  1. MƏŞHURLAR

Ceki Çan həyatının acı həqiqətlərini açıqladı

Ceki Çan həyatının acı həqiqətlərini açıqladı
Sakura

Ceki Çan həyatının acı həqiqətlərini açıqladı

Çinli aktyor Ceki Çan bioqrafiyasının qalmaqallı faktlarını açıqlayıb.

Oxu.Az-ın “Daily Mail” nəşrinə istinadən xəbərinə görə, bu barədə aktyorun “Never Grow Up” memuarlarından məlum olub.

“Mən yaxşı ata və həyat yoldaşı olmamışam, lakin oğlum və onun anası qarşısında borcumu yerinə yetirmişəm”, - 64 yaşlı aktyor etiraf edir. 

Ceki Çan həmçinin yazır ki, ilk həyat yoldaşı Joan Linə daima fahişələrlə və keçmiş “Miss Asiya” Eleyn Nqlə xəyanət edib.

Onun sözlərinə görə, həyat yoldaşı ilə mübahisələrdən biri zamanı, o, balaca oğlu Ceysini götürüb otaqdan tullayıb.

Daha sonra aktyor qadınlara qarşı pis rəftardan yazır. Çan qeyd edir ki, uzun müddət həyat yoldaşından pullarını gizlədib, çünki fikirləşirdi ki, arvadı onunla ancaq böyük qonorarlara görə yaşayır.

Ceki Çan həmçinin mətbuat konfransında Nqlə münasibətlərini ən böyük səhv adlandırmasını səhv hesab edir, belə ki, aktrisa ondan hamilə idi.

“İlk görüşdüyüm qızla çox vaxt keçirməyi sevmirdim, və o, məni mənzildə gözləyəndə, evdə qalırdım”, - aktyor yazır.

Ceki Çan iddia edir ki, spirtli içki aludəçisi olub və sükan arxasına içkili vəziyyət əyləşib.

“Hətta bir gecədə iki bahalı avtomobili əzmişəm”, - deyə o bildirib.

Aktyor həmçinin bahalı hədiyyələrə çoxlu pul xərclməsindən danışıb. Ceki Çan yazır ki, bütün bu hərəkətlər özünə inamsızlıqdan irəli gəlirdi.

Xatırladaq ki, Ceki Çanın qızı 19 yaşlı Etta U Çjolin 31 yaşlı kanadalı həmcinsi model Endi Etomla ailə qurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR