Slimfit
  1. CƏMİYYƏT

Cəfər Cabbarlı stansiyasının tikilişində nöqsanlara yol verilib? - AÇIQLAMA

Cəfər Cabbarlı stansiyasının tikilişində nöqsanlara yol verilib? - AÇIQLAMA
Sakura

Cəfər Cabbarlı stansiyasının tikilişində nöqsanlara yol verilib? - AÇIQLAMA

Cəfər Cabbarlı stansiyasının tikintisi sovet dövrünün başa çatması və müstəqillik əldə etdiyimiz ilk dövrlərə təsadüf edib.

Ens.az xəbər verirki,bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O, adıçəkilən stansiya tikildiyi dövrdə nöqsanlara yol verildiyini qeyd edib:

“Ümumiyyətlə bu stansiyanın xüsusiliyi Xətai-Cəfər Cabbarlı mənzili ilə bağlıdır. Burada məkik hərəkət təşkil olunur. Sovet dövründə inşaatda verilmiş nöqsanlar, eyni zamanda bu stansiyanın ağır geoloji şəraitdə yerləşməsi, həmçinin metropoliten üçün vacib olan havalandırma sisteminin zəif olması stansiyanın infrastrukturunda əksini tapıb.

Stansiyada işlər mərhələli şəkildə aparılırdı. Əsas məqsəd də sərnişinlərin hərəkətinə mane olmamaq, onların hərəkətini və təhlükəsizliyini optimal qaydada təmin etməkdir. Bu gün artıq stansiyanın bir yolunda işləri tamamlama mərhələsindəyik. İki stansiya yolunda təmir tikinti işləri texniki tələblərə və normativ qaydalara uyğun olaraq aparılmalı olduğu üçün hazırda 1 yol açılır, digər yol bağlanır. Təmirə açılan yolda yol infrastrukturu tamamilə yenidən qurulub, ağac şpallar yerinə dəmir-beton bloklar tətbiq olunub. Artıq bu üsuldan yeni inşa edilən stansiyalarında da tətbiq olunur. Stansiyanın bir yolunun istismar müddəti uzadılmaqla sərnişinlərin ixtiyarına verilməyə tam hazırdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR