Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Qız qalası (IV hissə)

Cəfər Cabbarlı - Qız qalası (IV hissə)
Sakura

Cəfər Cabbarlı - Qız qalası (IV hissə)


18

Əmrinə Durnanın boyun əyərək, 
Qantemir büsbütün əməl etmiş. 
İkiillik əzabdan sonra 
Su içində bu dik bina bitmiş; 
Toplamış ölkəsində hər nə ki var 
Bacarıqlı, dəyərli sənətkar. 
Hamısından da çox çalışmış özü 
Eşqə təslim üçün coşan dənizi. 
Can çürütmüş, əzaba qatlanmış, 
Hər daşın göz yaşıyla islatmış. 
İki il cansıxan uzun gecələr... 
Bir cəhənnəm otaq, yataq, hər yer. 
İki il ayrılıqda çırpınaraq, 
Bəkləmişdir bu son günü naçar.
İştə son gün ki, bu bina bitmiş, 
Yenə axşam mayıs... sevimli bahar.
Əyərək Durna həp qəzayə boyun, 
Gecələr, uyğusuz, gündüz tutqun, 
Gözü ağlar nasıl ki, yazda bulud, 
Bağçalar həp gözündə bir tabut; 
Bir məzarlıq gözündə aləmlər, 
Yaşamış adətən cəhənnəmlər. 
İkiillik əzabdan sonra 
Əmrinin bitdiyin demişlər ona. 
Büsbütün əski xatiratə uyuq. 
Bu binaya bu gün çıxıb 
Durna, Baxıyor bir maraq ilə göydən, 
Baxıyor kainata yüksəkdən. 
Görüyor bir yığın ufaq komalar, 
Bəşərin ilk məzarı həp bunlar. 
Zəmilər, bağçalar ki, böylə geniş, 
Bir məzarlıq deyilsə, ya nə imiş? 
Həp bu insan nədir, tifil hərbi? 
Gəzişir bir yığın qarışqa kibi! 
Bunun ondan nə fərqi var, tək bir, 
İki, ya dörd ayaqlığındamıdır? 
Eşqlər, duyğular, düşüncə, bu qəm... 
Nədir, Allah, bu çarpaşıq aləm? 
Öylə açmış təsəvvüratı qanad, 
Oynayır sanki bir yüyənsiz at. 
Başqalaşmış gözündə həp dünya; 
Son dönüşdür bu, seyr edir guya. 
Görür insanların keçinməsini, 
Günəşin son şüası sönməsini. 
Hərəkətlər də sustlaşır artıq, 
Bir sükutə batıb gedir aralıq, 
İndi dammış sükunət hər yerdə, 
Eniyor kainata bir pərdə. 
Bir qaranlıq, ürək sıxan qaralıq, 
Daldı həp birdən uyquya varlıq. 
Yandı göylərdə göylərin çırağı, 
İndi ay doğdu, sanki qan çanağı. 
Durna artıq baxınmayır, dalmış.
Bəkləməkdən vücudu sustalmış. 
Gözləyir göydə öz ərin - atasın, 
Ruhu dalğın, vücudu həp dalğın.

19

Qapını Qantemir açıb girdi, 
Durna diksindi, sıçrayıb durdu. 
İki ildir görüşməmişlərdi, 
Hər baxış, san, bir incə xəncərdi... 
Qara gözlər dikildi Qantemirə, 
Sanki mizraq dayandı sərt dəmirə. 
İlk əvvəl endi bir sürəkli sükut: 
Ata məhbut, qız da həp məhbut... 
Qantemir sonra, uslu, çox qorxaq, 
Cansıxan bir sükutə son qoyaraq:
- Durna! Yavrum! Neçin donub qaldın? 
Pək üzüldün, neçinsə sustaldm! 
Durna durmuş bir incə sərtliklə, 
Dinməyir bir sükut içində hələ,
- Nə gözəl bir qiyafət almışsan! 
Sən həqiqətdə pək gözəlmişsən! 
Ox! Bu paltar, yanılmayırsam əgər...
- Anamındır, əvət, bu əlbəsələr; 
Doğrudur, Qantemir, xatırladığın.
- Bu qiyafətlə kaş ki, bilsəydin, 
Nə qədər bənzəyirsən öz anana!
- Bir zaman gənc ikən... 
Vuruldum ona...
- Abşeron xanlığıyla çarpışdın... 
Bir təsadüf ki, sən əsir düşdün.
- Demə, yavrum, yetər keçənlərdən...
- Səni onlar da asmaq istərkən, 
Anam ancaq təsadüfən görmüş, 
Gecə gəlmiş...
- Əvət, bəlalı bir iş
- Uyuyurkən yanında bir cəllad, 
Səni dustaqdan eyləmiş azad. 
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
- Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də... ah nə edim? 
Onu dünyaya bu gün dəyişməzkən...
- Bircə sən, sən onun bərabərisən.
- İzləyirkən sizi qızın atası, 
Söylə, batrıldı Abşeron adası... 
Qantemir xatirat içində haman 
Çeynəyir sanki varlığın qaplan.
- Durna! Yavrum! Burax, danışma daha!
- Üzülürsən, neçinsə, ha-ha-ha!.. 
Bax, bu süslər, bu gördüyün paltar 
Həp onundur, geyinmişəm nə ki, var. 
Qucacaqsan bu yadigarı... utan, 
Qantemir... iştə həpsi qandır, qan...
- Durna... artıq bu sözlərin yersiz. 
Sən unutdunmu? Bağda verdin söz... 
Mən də, eşqim də suçluyuq bəlkə,
- Andı qırmaq yaqışmayır türkə, 
“Olacaqdır?” - dedim, dedin: “Olacaq!” 
Mən bu dəryanı zorla susladaraq; 
Vermişəm bu binaya varsa nəyim, 
Hökmdarkən önündə indi nəyim? 
Məni heç bir səbəb utandıramaz, 
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün, 
Eşq üçün yox cahanda bir qanun. 
Qoy dağılsın bu varlıq övzüldən, 
Qalmasın bir iz ölkədən, eldən! 
Qaplasın qoy cahanı bir matəm, 
Göz yaşında boğulsun həp aləm! 
Qoy cahan dövrü saxlanıb dönsün! 
Yanmasın göydə bir ziya, sönsün! 
Bitməsin bir göyərti bir yerdə, 
Gülməsin bir çiçək çəmənlərdə! 
İldırımlar vurub da, od, yansın. 
Yerə ensin nə varsa - ulduz, gün!.. 
Yerə qiyamət kəsilsin istər yer! 
Həp bu varlıq sükuta qoy dalsın,
Dirilik məhv olub da sarsılsın! 
Qaplasın kainatı bir qaralıq, 
Bir xəyal olsun iştə həp varlıq! 
Ölüm açsın həyata qarşı yürüş,
Ulasın hər tərəfdə bir bayquş! 
Qoy cahan bir məzara çevrilsin, 
Bəşəriyyət həyatı son bulsun! 
Yenə ruhum qımıldamaz əsla! 
Yenə eşqimdə sabitəm, Durna!.. 
Mən bu gün bir yabançı, sən bir qız, 
İştə son gün, xatırla, verdin söz. 
İntixab et, önündə var iki yol: 
Ya bu gün öl və ya ki, təslim ol!
- Andı qırmaq yaqışmayır türkə, 
Kim bilir, mən alışqanam bəlkə. 
Ona söz verdim öncə, son döndüm,
Eşqə yandım, sonunda həp söndüm. 
Sənin eşqində bir zaman varkən, 
İncə bir duyğu, incə bir məna. 
Qantemir, indi sən nəsən, nəçisən? 
Adi bir ər, qadınçı bir sima. 
İkiillik öz iztirabımdan, 
Anladim mən nədir dəyərli həyat. 
Zövq alırkən bu göz yaşından mən, 
Sən... nədir eşq, duymadın heyhat! 
Boyun əymək bir ehtirasa fəqət, 
Kiçikləşmək deyilmi, təsdiq et! 
Bir zaman başqa bir ifadə ikən, 
Indi, sən... bax, bu daş, bu torpaqsan. 
Mən sənin eşqinin əsiriydim. 
“Səni sevdim!” xatırla, mən demədim. 
Doğru bir sevgi, bir gözəl sevda, 
O, edilməz bir ehtirasa fəda. 
Həp bu təhdid üçün səbəb nə imiş? 
Eşqə qarşı ölüm böyükmü bir iş! 
Mən sevirkən bir özgəsin gəldim, 
Yeni bir eşqə bağlanıb, öldüm; 
Mən yanıldımsa, fərq yox, hamı bir, 
Sən yaratdın, yaşatdın, həp öldür.
İki şey səndə çırpınıb duruyor: 
Biri eşqindir, o biri nəfsindir. 
Ya tapın eşqə, yüksəlib mənim ol, 
Mənsiz ol, ya da nəfsə təslim ol! 
Məni əfsanələrlə doldurmaq, 
Bir taqım boş xəyala uydurmaq 
Bəlkə mümkün, fəqət nəhayətsiz 
Dolaşıb, bir nəticə bəkləməmək 
Heç də mümkün deyil; fəqət xoşdur 
Hər əzabın soniylə əylənmək. 
Ayrılıq, ağlamaq gözəldir, əvət, 
Bir vüsalmın ümidi olsa fəqət. 
Həm də varlıq önümdə titrərkən. 
Bu cəsarətlə çox keçinməzsən. 
İki il bəklədim ki, son bir gün... 
Həp bu gündür, əvət bu qanlı düyün. 
- Qanlı, qansız əlimdəsən artıq; 
Ya mənimsən, və ya ki, yoxsan, yox! 
Qantemir gözlərində qan əsəri, 
Yürümək istəyirdi həp iləri; 
Durna ilk addımın onun görcək, 
Baxdı bir kainata pək ürək, 
Sanki bir quş gələn görüb qaçacaq, 
Sanki bir durna indicə uçacaq. 
Yapının son kənarına çıxdı, 
Bir də həsrətlə aləmə baxdiı. 
Gördü əvvəl bulunduğu bağca, 
Yenə bir can sevən işıqlı gecə. 
Baxıyor Durna göy geyimli düzə, 
Baxıyor ta uzaq-uzaq dənizə; 
Düşüyor könlünə keçən işlər, 
Ax, sevimli, səfalı keçmişlər... 
Gecə, göy bağçalar, yaşıl bağlar, 
Sevdiyin bəkləyib duran çağlar, 
Xatırından keçir çocuqluğu həp, 
Anası, keçmiş evləri, məktəb. 
Gəliyor fikrinə haman o gecə, 
Həp nasıl da dayandığı ağaca. 
Atası, ah, haman gecə atası,
Yada düşdükcə çırpınır nəfəsi. 
İki il sonra sürdüyü dəmlər, 
Qayğılar, duyğular, ağır qəmlər 
Qarşısından birər keçir bunlar, 
Gözü yox, ruhu büsbütün ağlar. 
Düşünüb inadı həp bir sözlə, 
Büsbütün məhv edib ata diləyin. 
Xatirat, ox... Aman, aman, dəhşət! 
Xatirat, ox... yaxıb tökür ürəyin. 
Yenə ay göydə durmada sabit... 
Yenə əvvəlki tək dəniz sakit. 
Yenə də bir ufaq qayıq üzüyor, 
Baxıyor, sanki son dönüş süzüyor, 
Büsbütün, büsbütün unutmuş özün, 
Baxıyor kainata pək dalğın. 
Duraraq parlaq ayla üzbəüzə, 
Baxıyor parlayan açıq dənizə. 
Uyuyor, qarşısında bir uçurum, 
Ah, bu parlaq suda nə dadlı ölüm!... 
O zamandan ki, sevdiyin qovmuş, 
O da kəndin bu Kaspidə boğmuş. 
Neçin, Allah, neçin? Səbəb o... əvət! 
Ah... nasıl qıydı da ona, dedi: "get!” 
Neçin əhd etdi, bəs neçin qırdı, 
Sevdiyin başqasıyçın öldürdü? 
O, həyatın bir eşq üçün verdi; 
O, igid, həm vəfalı bir ərdi. 
Ondan ayrı dayanınayıb getdi; 
Getdi, həp kainatı tərk etdi. 
Qantemir atmaq istəyirdi qədəm, 
Durna: - Ah, qorxma, sevdiyim, gəlirəm, 
Eşq üçün ayrılıq, ölüm bir gün, 
Məncə, ən dadlı bir xəyali düyün. 
Bizə bir gün düyün yapar sonda 
Ana Quzğun səfalı qoynunda. 
Ah, uçun! Ah, əzablar yuvası... 
Ah, bağışla, sevimli Qız qalası! — 
Deyərək, saçla örtüyor üzünü, 
Parlayan Kaspiyə atır özünü...
Geyimin oxşadıqca yel guya, 
Axıyor göydə canlı bir xülya. 
Uçuyor həp, nasıl da söyləməli, 
Sanki bir şairin uçan əməli. 
Axıyor sanki pənbə bir röya 
Bir mələk, ya ki, canlı bir sevda 
Axıyor sanki bir axan ulduz. 
Bu uçan Durnadır, əvət, yalnız. 
Sanki göydən yerə xəyal uçuyor, 
Onu Quzğun dayanmadan qucuyor.

20

Yenə ay öz işıqların səpələr, 
Yenə oynar dənizdə ağ ləpələr. 
Yenə əvvəlki tək yerində qala; 
Bircə kim yox! Aman, yazıq Durna!

21

Daim ondan sonra bu ev məhzun, 
İndi ondan bu evciyəz küskün. 
Dörd yanından onun sular qurumuş, 
Yüksək evlər bütün onu bürümüş. 
Dövrəsindən gurultular soyumaz, 
O fəqət bunlara məhəl qoymaz. 
Ta o çağdan o kəndi Durnacığın 
Düşünüb durmada bu cür dalğın. 
Ta o çağdan özün unutmuş o, 
Başqalarçın çəkir fəqət qayğu. 
Ta o çağdan o, bir peyğəmbərtək 
Bəşərin halına yanıb acıyor. 
Zirvəsində fənər, uçanlar üçün 
Odlu bir ölkənin yolun açıyor.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR