Slimfit
  1. AZƏRBAYCAN

Cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur

Cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur
Sakura

Cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur

“Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub.

“Azərişıq” ASC-dən SİA-ya verilən məlumata görə, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib.

Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd müxtəlif gücdə KTM-lər istifadəyə verilib.

Sərhədyanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. 7 km uzunluğunda ÖİN(SİP) çəkilib. Hazırda kənddə tamamlama işləri aparılır.

Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.

Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR