Dərc edildi: Baxış sayı: 514
Çaylarda sululuq artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın xüsusən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Departamentdən Azvision.az-a bildiriblər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 100-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 200-400 faizini təşkil edir.
noyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 267 kubmetr olmaqla ongünlük normanın 144 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil etməklə ongünlük normanın 123 faizinə bərabərdir.
Noyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqələrində 4 santimetr artıb. Lakin Kür çayının Şirvan məntəqəsində 8, Bankədə isə 6 santimetr azalma müşahidə edilib. Hazırda suyun səviyyəsi Surra məntəqəsində 397, Şirvanda 275, Salyanda 271, Bankədə 221, Araz çayının Novruzlu məntəqəsində isə 94 santimetrə bərabərdir.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət