Slimfit
  1. AZƏRBAYCAN

"Çayka"nı 30 ildir göz bəbəyi kimi qoruyur - 1 milyon manata satmaq istəyir

"Çayka"nı 30 ildir göz bəbəyi kimi qoruyur - 1 milyon manata satmaq istəyir
Sakura

"Çayka"nı 30 ildir göz bəbəyi kimi qoruyur - 1 milyon manata satmaq istəyir

Ağstafa sakini atasına hədiyyə edilən "Çayka"avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur. "Qaz 13" markalı nəqliyyat vasitəsinin mühərrik həcmi 5.5 litr, avtomatötürücü və geniş salona malikdir. Sahibi deyir ki, əgər avtomobili satsa 1 milyon manatdan aşağı qiymətə verməyəcək.

1973-cü ildə Rusiyada istehsal edilən "Çayka" və ya "Qaz 13" avtomobili bu gün də yenicə zavoddan çıxmış kimi qorunub saxlanılır.

Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur. 42 il əvvəl istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. "Qaz 13" markalı nəqliyyat vasitəsinin mühərrik həcmi 5.5 litr, avtomatötürücü və geniş salona malikdir. Bu avtomobil öz dövründə dövlət və hökümət adamları, nazirlərüçün nəzərdə tutulub.

Hazırda retro avtomobil kimi dəyərləndirilən bumaşına yüksək qiymət təklif etsələr də,sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə 1 milyon manata satmaq niyyətindədir.

Rusiyanın Qorki avtomobil zavadonun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy,klip,film çəkilişlərinə də dəvət az deyil. Tural "Çayka" avtomobili ilə paytxatdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.

Mənbə: Xəzər

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR