Slimfit
  1. MARAQLI

Çayı səhv dəmləyəndə nələr olur?

Çayı səhv dəmləyəndə nələr olur?
Sakura

Çayı səhv dəmləyəndə nələr olur?

Ölkəmizdə su ilə birlikdə ən çox istifadə edilən içki olan çayı, doğru bir şəkildə dəmlədiyinizə əminsinizmi? Çayı səhv dəmləsəniz bir çox sağlamlıq problemi ilə qarşılaşmağınız mümkündür. Bəs, çay dəmləyərkən diqqət edilməsi lazım olanlar nələrdir?

Medpress.az xarici mediaya istinadla day dəmləyərkən uzaq durmağınız lazım olan şeyləri sadalayır. Gün ərzində ən azı bir dəfə çay dəmləyirsinizsə, bu xəbərimiz sizi də maraqlandırmalıdır. Çay dəmləməyin də səhvi necə olur deyirsinizsə, xəbərimiz tam sizə görədir. Aparılan araşdırmalara görə, çay dəmləyərkən buraxılan səhvlər xərçəng kimi bir çox sağlamlıq probleminə yol açır. Çay dəmləyərkən buraxılan səhvlər və səbəb olduğu xəstəliklər nələrdir?

Əhəngsiz su istifadə edin

Çay dəmləyərkən diqqət etməyiniz lazım olan ilk məsələ əhəngsiz su istifadə etməkdir. Əhəngsiz su istifadəsi üçün kran sularından uzaq durmağınız lazımdır. Əhəngli su ilə içiilən çaylar həm sağlamlığa zərər verir, həm də çayın rəngini tündləşdirir.

Dəmlik çay seçiminə diqqət edin

Çay dəmləyərkən keyfiyyətə təsir edən digər bir amil də dəmlik çay seçkisidir. Çay dəmləmək üçün ən ideal seçki çini qablı dəmlik olacaqdır. Polad və ya alüminium maddədən istehsal edilən çayniklər də çayın dadının çox daha pis olacağı üçün çini bir çaynik seçməyiniz tövsiyə olunur.

Sudan dərhal istifadə etməyin

Dadı daha ləzzətli çaylar əldə etmək istəyirsinizsə, istifadə edəcəyiniz suyu qaynadıqdan sonra bir qədər gözləməliyiniz təsirli olacaq. Suya qaynadığı anda çay  töksəniz, çay yanar və acı bir dad əldə edilir. İnsan sağlamlığı üçün olduqca zərərli olan acı çaydan qaçmaq üçün çayı dəm aldıqdan sonra isti soba üzərində saxlamayın və dərhal ocağın üzərindən götürün.

Qaynamamış su istifadə edin

Çay dəmləyərkən buraxılan səhvlərdən biri qaynamış su istifadə edilməsidir. Qaynamış su istifadəsi orqanizmdə bakteriya əmələ gəlməsinə səbəb olduğu üçün çay dəmləmək üçün ən ideal seçki qaynamamış su istifadəsi olacaq.

Yüksək temperaturdan çəkinin

Çay dəmləməyə bağlı veriləcək son məlumat isə çay dəmləyərkən yüksək istilikdən uzaq durmaqdır. Yüksək temperatur xərçəng kimi ciddi sağlamlıq problemlərinə yol aça biləcəyi üçün çay orta temperaturda dəm almalıdır. Xüsusilə çöldə içdiyiniz və yüksək temperatura məruz qalan boyat çaylardan uzaq durmalısınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR